...

Sümük iliyi transplantasiyası üçün dünya donor banklarından istifadəyə hazırlıq görülür - Vüqar Qurbanov

Cəmiyyət Materials 20 Noyabr 2025 13:21 (UTC +04:00)
Sümük iliyi transplantasiyası üçün dünya donor banklarından istifadəyə hazırlıq görülür - Vüqar Qurbanov
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni Klinikada Sümük İliyi Transplantasiyası Mərkəzində ilkin mərhələdə il ərzində 150-yə yaxın ilik transplantasiyası nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılı ilə əlaqəli keçirilən brifinqdə jurnalistlərin suallarını cavablayarkən deyib.

Onun sözlərinə görə, ilkin mərhələdə il ərzində minimum 150 ilik transplantasiyası əməliyyatı nəzərdə tutulub.

"Gələcəkdə bu say daha da artırılacaq. Öncəlik isə uşaqlara veriləcək. Çünki ölkədə ilik transplantasiyasına ehtiyacı olan çox uşaq var. Sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta ilə qarşılanacaq. Gələn il az sayda da olsa dünya donor banklarından istifadə etmək üçün artıq işlər aparılır", - sədr əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti