...

Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2025 20:04 (UTC +04:00)
Şəhid məzarlarından oğurluq edən şəxslər saxlanıldı (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyalarının oğurlanması barədə polisə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı Kənan Əsədli və 16 yaşlı Vüqar Quliyev saxlanılıblar.

Onların məzarların üzərindən oğurladıqları gitara, hərbi çəkmə və dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələlərinə qaytarılıb.

Hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti