Ağdərə. Trend:
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub.
Trend-in yerli müxbiri xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Bununla da kəndə köçürülənlərin sayı 228 nəfərə çatıb. Sakinlərin normal yaşayışını təmin etmək üçün, Həsənriz kəndində hər cür şərait yaradılıb.
16:28
xxx
Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz və Vəngli kəndlərinə çatıb.
Trend-in yerli müxbiri xəbər verir ki, bu gün rayonun Həsənriz kəndinə ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 23 ailə (93 nəfər) öz doğma yurduna qayıdışı təmin olunub.
Bununla da kəndə köçürülən ailələrin sayı ümumi sayı 228 ailə (857 nəfər) çatdırılıb.
Bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndi 4 ailənin (11 nəfər) qayıdışı baş tutub.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla Vəngli kəndinə qayıdan ailələrin sayı 100-ə (385 nəfər) çatıb.
16:15
xxx
Ağdərə rayonunun Həsənriz və Vəngli kəndinə növbəti köç karvanı yola salınıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, bu mərhələdə Vəngli kəndinə 4 ailə - 11 nəfər, Həsənriz kəndinə 23 ailə - 93 nəfər doğma yurda qayıdır.
Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində yataqxanalarda sanatoriya binalarında məskunlaşan sakinlərdir.
Bu köç də daxil olmaqla, Ağdərə rayonunun Həsənriz kəndində 228 ailə 857 nəfər məskunlaşıb.
