...

Gürcüstan Aİ-ni insan hüquqları müzakirələrini pozmaqda ittiham edir

Dünya xəbərləri Materials 20 Noyabr 2025 20:30 (UTC +04:00)
Gürcüstan Aİ-ni insan hüquqları müzakirələrini pozmaqda ittiham edir

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Gürcüstanla insan hüquqlarının qorunması məsələləri üzrə danışıqları pozub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, danışıqlar 21 noyabrda Brüsseldə keçirilməli idi. Gürcüstan tərəfi görüşü dialoq imkanı kimi qiymətləndirirdi və Aİ-yə hərtərəfli məlumat təqdim etməyə hazır idi. Lakin Brüssel danışıqları "tamamilə qəbuledilməz və əsassız" səbəblərlə təxirə salıb.

“Brüssel Gürcüstanın arqumentlərini, o cümlədən siyasi dialoqun dayandırılmasına səbəb olan məsələlərlə bağlı mövqeyini dinləməyə hazır deyil”, – deyə XİN bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti