...

“WhatsApp”da aşkarlanan boşluq 3 milyard insanın şəxsi məlumatlarını təhlükə altında qoyub

Dünya xəbərləri Materials 20 Noyabr 2025 17:26 (UTC +04:00)
“WhatsApp”da aşkarlanan boşluq 3 milyard insanın şəxsi məlumatlarını təhlükə altında qoyub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropalı kibertəhlükəsizlik mütəxəsisləri “WhatsApp”da dünya üzrə 3 milyarddan çox istifadəçinin telefon nömrələrini üzə çıxaran kritik bir boşluq aşkarlayıblar.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Sözügedən boşluq kibercinayətkarlara istifadəçilərin profil məlumatlarını toplamağa və dünyanın ən populyar mesajlaşma tətbiqinin istifadəçilərinin kimliyini müəyyənləşdirməyə imkan verə bilər ki, bu da sonradan hücumlar üçün istifadə oluna bilər.

Vyana Universiteti və “SBA Research” mütəxəssisləri tərəfindən aşkarlanan nöqsan“WhatsApp”ın mobil cihazlardakı əlaqə nömrələrinin aşkarlanması mexanizmi ilə bağlıdır. Həmin mexanizm ünvan kitabçasındakı mobil nömrələrin “WhatsApp”ın mərkəzi bazası ilə uyğunlaşdırılması üçün icazə istifadəçilərdən tələb edir.

“WhatsApp”ın ana şirkəti “Meta” artıq problemi aradan qaldırdığını açıqlayıb. Lakin buna qədər hakerlərin öz hücumlarında bu boşluqdan suistifadə edib etmədiyi hələ ki, məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti