Bakı. Trend
2024–2025-ci tədris ilində 147 ümumi təhsil müəssisəsi rasionallaşdırılıb.
Trend xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
"Rasionallaşdırılan məktəblərdə təhsil alan şagirdlər və çalışan əməkdaşlar digər məktəblərə yerləşdirilib və proses planlı şəkildə icra olunub.
Azərbaycanda 4036 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərin böyük hissəsində şagird sayı 1000-dən azdır. Ölkə üzrə 10 şagirddən az olan 94 məktəb var. Bu rəqəm 20 şagirddən az olan məktəblərdə 247-yə, 30 şagirddən az olanlarda isə 401-ə yüksəlir. Ümumilikdə isə 100 şagirddən az olan məktəblərin sayı artıq 1241-dir.
200-dən az şagirdi olan məktəblərin sayı 2175 nəfərə çatır. 500-dən az şagirdi olan məktəblərin sayı isə artıq 3147-dir", - nazir əlavə edib.
