Bakı.Trend:
Əmircan qəsəbəsində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Əmircan qəsəbəsinin elektrik şəbəkəsində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Elxan Həsənov, Malik Mustafayev, Zülal Tağıyev, İlham Şükürov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
