...

2025-ci ilin oktyabrında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb

Cəmiyyət Materials 21 Noyabr 2025 10:07 (UTC +04:00)
2025-ci ilin oktyabrında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2025-ci ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 165,5 min nəfərdən çox olub.

Onların 36,1%-ni kişilər, 63,9%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 155 200 nəfərdən çox olub.

Onların 32,21%-ni kişilər, 67,79%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti