...

Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi artıb

Energetika Materials 20 Noyabr 2025 14:50 (UTC +04:00)
Azərbaycandan Yunanıstana təbii qaz ixracının həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Yunanıstana ümumilikdə 679,6 milyon ABŞ dolları dəyərində 358,1 milyon kubmetr təbii qaz (qaz şəklində) ixrac olunub.

Bu barədə Trend Azərbaycanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 13 milyon ABŞ dolları və ya 1,9% azalıb, həcm baxımından isə 77 milyon kubmetr və ya 27,4% artıb.

2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan Yunanıstana ümumilikdə 692,6 milyon ABŞ dolları dəyərində 281,1 milyon kubmetr təbii qaz ixrac olunub.

Qeyd edək ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan xaricə ümumilikdə 18,5 milyard kubmetr təbii qaz ixrac olunub və bunun dəyəri 6,7 milyard ABŞ dollarına bərabər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 623,3 milyon ABŞ dolları və ya 10,3% çox, həcm baxımından isə 203,2 milyon kubmetr və ya 1,1% azdır.

Eyni zamanda, cari ilin 9 ayı ərzində Azərbaycana 39,1 milyon ABŞ dolları dəyərində 252,2 milyon kubmetr həcmində təbii qaz idxal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 38,2 milyon ABŞ dolları və ya 49,4%, həcm ifadəsində isə 230,6 milyon kubmetr və ya 47,8% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti