Bakı. Trend:
Səhiyyədə süni intellektdən istifadənin hüquqi bazası yaradılmalıdır.
Trend xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı çağırış edib. Təşkilatın Avropa ofisinin hesabatında pasient və tibb personalını qorumaq üçün əsas hüquqi mexanizmlərin olmadığına diqqət yönəldilir.
ÜST-nin Avropa üzrə regional direktoru Hans Klüge bildirib ki, aydın strategiya və hüquqi mexanizmlər olmasa, bərabərsizliklər daha da dərinləşəcək.
Hesabatın tərtibi zamanı 53 ölkəyə sorğu göndərilib. 50 ölkə prosesdə iştirak edib.