Bakı. Trend:
İngiltərənin "Tottenhem" klubu yanvar ayında heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
Trend xəbər verir ki, London nəhənginin əsas hədəfi "Aston Villa"da çıxış edən Emiliano Martinezdir.
"Tottenhem" qış transfer pəncərəsi zamanı argentinalı dünya çempionunu transfer etmək üçün danışıqlar aparacaq.
Qeyd edək ki, "Aston Villa" Emiliano Martinezi 2020-ci ilin yayında "Arsenal"dan trasfer edib. 33 yaşlı qolkiper bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.