...

Nəsimi və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıblar

Cəmiyyət Materials 20 Noyabr 2025 15:53 (UTC +04:00)
Nəsimi və Xəzər rayonlarında oğurluq edən şəxslər saxlanılıblar
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nəsimi rayonu ərazisində yerləşən anbarların birindən 5000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Ə.Kiçibəyov müəyyən olunaraq saxlanılıb.

Xəzər rayonunda isə qoruqların birinə məxsus sahədən 400 manat dəyərində naqil və plafon işıqlar, həmçinin bir nəfərin yaşadığı evin həyətindən velosiped oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.İbadov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti