Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiya neftinin tədarükünə qadağanın və Rusiya ilə nüvə energetikası sahəsində əməkdaşlığın dayandırılmasının 20-ci sanksiya paketinə salınmasını müzakirə edir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib.
Nazirin sözlərinə görə, belə təkliflər Macarıstanın milli maraqlarına tamamilə ziddir.
Siyarto əlavə edib ki, Aİ-də bəzi siyasətçilər 20-ci paketlə bağlı “həddindən artıq həvəs” nümayiş etdirirlər, halbuki 19-cu paket böyük çətinliklə qəbul olunmuşdu.