...

TƏBİB stomatoloqlarla bağlı ciddi addımlar atacaq

Cəmiyyət Materials 20 Noyabr 2025 13:46 (UTC +04:00)
TƏBİB stomatoloqlarla bağlı ciddi addımlar atacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması ilə bağlı xəbərdarlıq edilib.

Bunu Trend-in sualını cavablayarkən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılı ilə əlaqəli keçirilən brifinqdə deyib.

O qeyd edib ki, TƏBİB tərəfindən stomatoloqlara yay aylarında ciddi xəbərdarlıq edilib: "İlin əvvəlindən stomatoloqların göstərdiyi xidmətlə bağlı əlimizdə faktlar var. Ölkə üzrə elə tibb müəssisələri var ki, həmin sahə üzrə bircə vətəndaş müraciəti belə daxil olmayıb. Bizim üçün əsas olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluğudur.

Regionlarda bəzi stomatoloqlara ştatların ləğv olunması ilə bağlı xəbərdarlıq edilib. Bu proses qanunvericiliyə uyğun şəkildə həyata keçirilir".

Qeyd edək ki, sosial mediada TƏBİB tabeli tibb müəssisələrində işləyən stomatoloqlar onlara işdən çıxmaq üçün 9 həftə vaxt verildiyi barədə şikayətlər yayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti