...

“YouTube” messencerə çevrilə bilər

Dünya xəbərləri Materials 20 Noyabr 2025 14:53 (UTC +04:00)
“YouTube” messencerə çevrilə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google” korporasiyası “YouTube” platformasında yeni bir eksperimentin işə salındığını elan edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, bu yenilik mobil tətbiq vasitəsilə videoların birbaşa paylaşılmasını və müzakirə edilməsini mümkün edir. Funksiya “YouTube”un bütün məzmun formatlarına, o cümlədən, standart videolara, “Shorts”lara və canlı yayımlara şamil olunur.

Hazırda eksperiment 18 yaşdan yuxarı İrlandiya və Polşa istifadəçilərinin məhdud bir hissəsi üçün əlçatandır. Şirkət bildirir ki, test iştirakçıları əvvəlki kimi videoları üçüncü tərəf tətbiqləri vasitəsilə də paylaşa biləcəklər.

Bununla yanaşı, “Google” qeyd edir ki, göndərilən mesajlar, xüsusilə də potensial təhlükə yarada biləcək məzmun aşkarlandıqda, icma qaydalarına (community guidlines-ing) uyğunluq baxımından avtomatik yoxlamadan keçirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti