...

Azərbaycan və İsrail arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib

İqtisadiyyat Materials 20 Noyabr 2025 15:08 (UTC +04:00)
Azərbaycan və İsrail arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi müzakirə edilib
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin xarici işlər Qideon Saar iki ölkə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi və birgə strateji layihələri müzakirə ediblər.

Trend xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz rəsmi “X” səhifəsində məlumat bölüşüb.

“İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Qideon Saar ilə görüşmək xoş oldu. Azərbaycan – İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərimizi bölüşdük. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik”,- deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti