...

Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılıb - Sərəncam

Cəmiyyət Materials 20 Noyabr 2025 16:31 (UTC +04:00)
Bakıda doqquzmərtəbəli binalarda quraşdırılacaq liftlərin sayı artırılıb - Sərəncam
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı"da dəyişiklik edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulmuş doqquzmərtəbəli binaların şəhərlər üzrə bölgüsünə dair siyahı”da 7 şəhər (Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Xırdalan, Qazax, Bərdə) üzrə quraşdırılacaq liftlərin ümüumi sayı 200-dən 207-yə, Bakı şəhəri üzrə isə 141-dən 148-ə dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti