Bakı. Trend:
Azərbaycanda hər il təxminən 150-200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb.
Trend xəbər verir ki, bunu bu gün Yeni Klinikanın direktoru Barat Yusubov Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzinin açılı ilə əlaqəli keçirilən brifinqdə deyib.
O əlavə edib ki, Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək Sümük İliyi Transplantasiyası Mərkəzi həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək: "Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksək səviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq. Bu günə qədər maaliyyə və mütəxəssis çatışmazlığı belə bir mərkəz yaradılmasına mane olurdu".
