...

Azərbaycanın alüminium idxal və ixracına xərci artıb

İqtisadiyyat Materials 20 Noyabr 2025 16:20 (UTC +04:00)
Azərbaycanın alüminium idxal və ixracına xərci artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 175,4 milyon ABŞ dolları dəyərində 62,1 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, alüminium və ondan hazırlanan məmulatların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,4 milyon ABŞ dolları və ya 3,8% artıb, həcm baxımından isə 810n ton və yaxud 1,3% azalıb.

Hesabat dövründə ixrac olunan alüminium və ondan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,81%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 5,87% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk 10 ayında Azərbaycana 181,9 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal edilib. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 41,4 milyon ABŞ dolları və ya 29,5% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti