...

Gələn il Azərbaycanın sosial xərcləri Ermənistan büdcəsinin ümumi xərclərindən daha çox olacaq – Vüqar Bayramov

İqtisadiyyat Materials 20 Noyabr 2025 15:47 (UTC +04:00)
Gələn il Azərbaycanın sosial xərcləri Ermənistan büdcəsinin ümumi xərclərindən daha çox olacaq – Vüqar Bayramov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bir sıra marjinal siyasi qruplar qərəzli şəkildə Azərbaycanın sosial göstəricilərini qonşu dövlətlərlə müqayisə etməyə çalışaraq yanlış fikirlər formalaşmağa çalışırlar.

Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, gələn il Azərbaycan dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin məbləği Ermənistan büdcəsinin ümumi xərclərindən daha çoxdur.

“2026-cı ildə Azərbaycanın 10 milyard dollarlıq sosial xərcləri Ermənistanın 2.4 milyard dollarlıq sosial ayırmalarından 4.2 dəfə yaxın, Gürcüstanın 2.6 milyard dollarlıq sosial xərclərindən 3.8 dəfə çoxdur. Əgər Azərbaycan büdcəsinin yalnız sosial xərcləri bir ölkənin ümumi büdcəsindən daha çoxdursa, o zaman hansı müqayisədən söhbət gedə bilər?”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti