...

Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar (FOTO)

İdman Materials 20 Noyabr 2025 22:22 (UTC +04:00)
Azərbaycan qılıncoynadanları İslamiadada qızıl medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarna yekun vurulub.

Trend xəbər verir ki, son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib. Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb.

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.

Xəbər lenti

Xəbər lenti