Bakı.Trend:
Banqladeşdə 5,7 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu haqda Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri 337 minə yaxın əhalisi olan Tonqi şəhərindən 23 kilometr şərqdə yerləşib. Yeraltı ocağı isə 10 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
