Bakı. Trend:
Çinin Çjetszyan Universitetinin alimləri diabetin müalicəsini həmişəlik dəyişə biləcək bir texnologiya təqdim ediblər: onlara insulini krem vasitəsilə dəriyə çatdırmağa nail olublar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Nature" jurnalında dərc olunan tədqiqat göstərib ki, xüsusi "OP-I" polimeri insulin molekullarını dəri baryerindən keçirə bilir. Bu isə onların böyük ölçüsü və hidrofılliyi səbəbindən əvvəllər demək olar ki, mümkünsüz hesab olunurdu.
Tədqiqat qrupu kremi insan dərisi modellərində, siçanlarda və diabetli mini-donuzlarda sınaqdan keçirib. Hər yerdə nəticə adi inyeksiyalarla müqayisə oluna biləcək səviyyədə olub: qlükoza səviyyəsi 1–2 saat ərzində normallaşıb və 12 saata qədər stabil qalıb.
