Bakı. Trend:
Azərbaycan ABŞ ilə Orta Dəhliz və Zəngəzur dəhlizi üzrə görülən işləri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşdük. Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verdik. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etdik. Eyni zamanda kibertəhlükəsizlik və süni intellekt sahələri üzrə tərəfdaşlığa dair fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
