...

İndoneziya 2026-2027-ci illər üçün D-8 Forumuna ev sahibliyi edəcək

Cəmiyyət Materials 21 Noyabr 2025 11:13 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-2027-ci illər üzrə D-8 Forumuna ev sahibliyi İndoneziya edəcək.

Trend xəbər verir ki, bunu bu gün İndoneziyanın Xarici İşlər Nazirliyinin çoxtərəfli məsələlər üzrə müşaviri Agustaviano Sofjan “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, etik və müstəqil jurnalistika ictimaiyyətdə inamın formalaşmasının əsas şərtidir.

"Faktların yoxlanılması, dezinformasiyanın qarşısının alınması üçün erkən xəbərdarlıq mərkəzinin yaradılması, milli-mədəni dəyərlərə sadiqliyin qorunması, süni intellektdən düzgün və məqsədyönlü istifadənin mediada təmin edilməsi, həmçinin mübadilə proqramlarının dəstəklənməsi vacib məsələlərdir. D-8 Media Forumu birgə fəaliyyət üçün güclü platformadır. Üzv dövlətlər burada təcrübə mübadiləsindən, birgə strategiya və təşəbbüslərdən əhəmiyyətli fayda əldə edə bilər. 2026–2027-ci illər üzrə D-8 Forumuna ev sahibliyi İndoneziya edəcək. Biz də öz növbəmizdə ortaq işə töhfə verməyə çalışacağıq", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti