Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 7 milyon manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 4,2 milyon manat və ya 2,5 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin ilk 10 ayında ölkədə əsas kapitala yönəldilmiş investisiyalardan daşınmaz əmlakla əlaqədar əməliyyatlara 2,8 milyon manat sərf olunmuşdu.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 14,830 milyard manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,8 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 6 faiz artıb.
Ümumi sərmayənin 7,500 milyard manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinin, 4,863 milyard manatı (32,8 faizi) xidmət sahələrinin, 2,467 milyard manatı (16,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.
