Bakı. Trend:
D-8 təşkilatına üzv olduqdan sonra Azərbaycan qısa müddət ərzində qeyri-adi təşəbbüslər həyata keçirib.
Trend xəbər verir ki, bunu D-8 təşkilatının baş katibi İsiaka Əbdülqadir İmam “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, belə mötəbər təşkilata qoşulduğu üçün Azərbaycan hökumətinə təşəkkür edirəm.
"Azərbaycan bu təşkilata qoşulması bizim işlərimizdə müsbət dəyişikliklərə səbəb olub. D-8 təşkilatına üzv olan ölkələrin nümayəndələrinin tədbirə göstərdiyi böyük maraq məndə xoş təəssurat yaradır. Biz təkcə iqtisadi deyil, media və kommunikasiya sahələrində də əməkdaşlığı davam etdirmək niyyətindəyik. Regionumuz üçün bu məsələr böyük əhəmiyyət kəsb edir. Bu təşkilat öz mövqeyini daha da gücləndirməkidir. Çalışırıq ki, KİV-lərin nüfuzunu və təsir gücünü artırmağı hədəfləyirik. Dialoq, qərəzsiz məlumat paylaşımı və ortaq dəyərlərə sadiq qalmaq bizim üçün önəmlidir. D-8 ölkələrin radio və televiziya sahəsində ortaq yayım mərkəzi yaratmaq istəyirik. Eyni zamanda jurnalistika məktəblərinin yaradılması, burda təhsil alan tələbələrə təqaüd təyin edilməsini istəyirik",- deyə baş katib əlavə edib.
