...

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır - Paşinyan

Siyasət Materials 21 Noyabr 2025 12:47 (UTC +04:00)
Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır - Paşinyan
Madina Usmanova
Madina Usmanova
Bütün xəbərlər

Astana. Trend:

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır.

Trend Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevlə Astanada geniş tərkibdə keçən görüşündə bildirib.

“Bu gün Qazaxıstan Prezidenti ilə artıq əməkdaşlığımızın gələcək inkişaf istiqamətlərini müzakirə etmək imkanımız oldu. Mən hesab edirəm ki, regiondakı dəyişiklikləri nəzərə alaraq iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar açılır. Hesab edirəm ki, nəqliyyat sahəsində mövcud potensialı tam şəkildə həyata keçirilməlidir. Nəticədə bizim üçün yeni imkanlar açılacaq”, – deyə Paşinyan deyib.

Qeyd edək ki, Tokayev Paşinyanla görüşdə bu gün Qazaxıstan və Ermənistan ölkələr arasında əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə çıxaran sənədi imzalayacaqlarını bəyan edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti