Bakı.Trend:
Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla 5 mlrd. 920 mln. manat vəsait yönəldilib.
Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
