Astana. Trend:
Zəngəzur dəhlizi Qazaxıstanın Türkiyə limanlarına çıxışı üçün yeni marşrut təqdim edəcək.
Trend xəbər verir ki, bunu Qazaxıstanın baş nazirinin müavini və Milli Nəqliyyat naziri Serik Jumanqarin bildirib.
“Hazırda biz Gürcüstanın Qara dəniz limanlarına Azərbaycan və Gürcüstandan gedirik. Bu marşrut bizim Naxçıvana və ardınca birbaşa Türkiyənin dəniz limanlarına çıxmağımıza imkan yaradacaq”,- deyə o bildirib.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
