Bakı.Trend:
Abşeronda bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq.
Trend xəbər verrir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Xırdalan şəhərində 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yenidənqurma, Masazır qəsəbəsində 10 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq 21 noyabr tarixində saat 11:00-dan saat 14:00-dək Xırdalan şəhəri Hacı Zeynalabidin Tağıyev, Məhəmməd Hadi küçələri, Heydər Əliyev prospekti, Masazır qəsəbəsində isə Cəlil Məmmədquluzadə, Memar Əcəmi, 20 Yanvar, Koroğlu küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
