...

Tramp Kolumbiya prezidentinə qarşı əməliyyatın keçirilməsini istisna etməyib

Dünya xəbərləri Materials 5 Yanvar 2026 05:40 (UTC +04:00)
Tramp Kolumbiya prezidentinə qarşı əməliyyatın keçirilməsini istisna etməyib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petronu narkotik qaçaqmalçılığında iştirak etməkdə günahlandıraraq Venesuela əməliyyatına bənzər bir əməliyyatın baş verəcəyini istisna etməyib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp jurnalistlərə deyib.

Onun sözlərinə görə, Kolumbiya "kokain istehsal etməkdən və ABŞ-yə satmaqdan zövq alan xəstə bir adam tərəfindən idarə olunur".

"Onun kokain fabrikləri var", - deyə ABŞ prezidenti bildirib.

ABŞ-nin Kolumbiyaya qarşı əməliyyat keçirib-keçirməyəcəyi ilə bağlı suala o belə cavab verib: "Mənim üçün bu, cəlbedici səslənir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti