Bakı. Trend:
“Borussiya Dortmund”un futbolçusu Yordi Paulina klubdan ayrılıb.
Trend xəbər verir ki, “Fortuna” klubu Kürasao millisinin üzvünü transfer etdiyini açıqlayıb. Tərəflər arasında imzalanan müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq.
İnsayder Florian Plettenberqin məlumatına görə, Dortmund klubu bu keçiddən 400 min avro gəlir əldə edib. Bundan əlavə, alman klubu futbolçunu geri almaq hüququnu və gələcəkdə baş tutacaq mümkün satışdan əldə olunacaq məbləğin 50 faizini özündə saxlayıb.
Qeyd edək ki, Yordi Paulina Bundesliqada meydana çıxmayıb, lakin Almaniya Kubokunda bir oyunda iştirak edib.
