...

Nigeriyanın şimalında silahlı hücumda azı 30 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2026 19:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın şimalında yerləşən bir kənddə silahlı şəxslərin açdığı atəş nəticəsində ən azı 30 nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə Vanguard News xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücum edənlər bir neçə nəfəri də girov götürüblər, hazırda onların dəqiq sayı müəyyənləşdirilir. Yerli sakinlərin bildirdiyinə görə isə ölənlərin sayı 37 nəfərə çata bilər.

Hücum Niger əyalətinin Kasuvan-Daji kəndində baş verib. Silahlı şəxslər motosikletlərlə kəndə daxil olaraq mülki şəxslərə qarşı ayrı-seçkilik etmədən atəş açıblar. Hücum zamanı mağazalar talan edilib, yerli bazar isə yandırılıb.

Qeyd olunur ki, Nigeriyanın müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr soyğunçuluqla məşğul olur, insanları öldürür, girovları fidyə qarşılığında saxlayır, mal-qara oğurlayır və əhalini hədələyirlər. Bu qruplaşmalara qarşı mübarizə məqsədilə Nigeriya hökuməti digər tədbirlərlə yanaşı, bölgələrə ordu qüvvələri də yerləşdirir.

Xəbər lenti

Xəbər lenti