Bakı. Trend:
2025-ci ildə hökumətlərin süni intellektin (AI) tətbiqinə hazırlıq indeksinə əsasən, Azərbaycan 70-ci pillədə qərarlaşıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, indeksi "Oxford Insights" şirkəti tərtib edib.
İndeks çərçivəsində ayrı-ayrı kateqoriyalar üzrə Azərbaycana aid nəticələr belədir:
Siyasət qabiliyyəti – 53.50;
AI İnfrastruktur – 46.21;
İdarəetmə - 50;
İctimai sektorda AI tətbiqi – 66.97;
İnkişaf və yayılma – 34.73;
Dözümlülük – 58.27.
Qeyd edək ki, Türkiyə qlobal reytinqdə 48-ci yer və 58,10 xalla Cənubi və Mərkəzi Asiya regionunda ikincilik statusunu qoruyub saxlayır. Azərbaycan isə region üzrə 6-cı pillədə qərarlaşıb.
Gürcüstan 84, Ermənistan isə 108-ci yerdədir.
