Bakı. Trend:
Xüsusi təhsilə cəlb olunan 13 min 412 nəfərin valideynlərinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün aylıq müavinətin ödənilməsinə 8,1 milyon manat ayrılacaq.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, məktəblərdə təhlükəsiz mühit yaratmaq, şagirdlərin davranış qaydalarına nəzarət etmək, baş verəcək fövqəladə hallarda uşaqlara ilkin tibbi və psixoloji yardım göstərmək üçün həyata keçiriləcək “Məktəblinin dostu” layihəsinin maliyyələşməsinə isə 8,2 milyon manat vəsait ayrılacaq
