...

Ekvatorial Qvineyanın paytaxtı Ciudad de la Paza köçürülüb

Dünya xəbərləri Materials 4 Yanvar 2026 15:38 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ekvatorial Qvineyanın paytaxtı təhlükəsizlik və logistikanın yaxşılaşdırılması məqsədilə dəyişdirilib.

Trend xəbər verir ki, bu barədə Prezident Teodoro Obiank Ngema Mbasogo müvafiq fərmanı imzalayıb.

Fərmana əsasən, ölkənin paytaxtı Malabodan ölkənin mərkəzində yeni tikilmiş Ciudad de la Paz şəhərinə köçürülüb. Bu addım hakimiyyət institutlarının təhlükəsizliyini təmin etmək və ölkənin bütün bölgələrinin harmonik inkişafını dəstəkləmək məqsədilə atılıb.

Xəbər lenti

Xəbər lenti