Bakı. Trend:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
4. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından
"Azneft" dairəsi istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından
Binəqədi qəsəbəsi istiqamətində;
6. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;
7. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
8. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə
Əliyeva küçəsi ilə kəsişməyə qədər;
9. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər
prospekti istiqamətində;
10. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından
"Qara Qarayev" metro stansiyası istiqamətində sıxlıq müşahidə
olunur.
