Bakı. Trend:
İngiltərə Premyer Liqasında XX tura yekun vurulub.
Trend-in məlumatına görə, turun bağlanış oyununda "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul edib. Tərəflərin hərəyə bir dəfə fərqləndiyi matçda qalib müəyyənləşməyib - 1:1.
Görüşdə hesabı meydan sahibləri açıblar. Ticani Reynders 42-ci dəqiqədə rəqib qapısına yol tapıb. Qonaqlar əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə məğlubiyyətdən xilas ola biliblər. Enzo Fernandes London klubuna Mançester səfərində 1 xal qazandırıb.
Bu nəticədən sonra turnir cədvəlində "Mançester Siti" 42 xalla 2-ci, "Çelsi" isə 31 xalla 5-cidir.
Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
"Lids Yunayted" - "Mançester Yunayted" - 1:1
"Tottenhem" - "Sanderlend" - 1:1
"Nyukasl" - "Kristal Pelas" - 1:1
"Everton" - "Brentford" - 2:4
"Fulhem" - "Liverpul" - 2:2