Bakı. Trend:
Hindistanın şərqindəki Assam əyalətində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 899 min əhalisi olan Quvahati şəhərindən 76 km şimal-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Heç bir tələfat və ya dağıntı barədə məlumat verilməyib.