...

"Qarabağ" Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

İdman Materials 4 Yanvar 2026 00:09 (UTC +04:00)
"Qarabağ" Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

Bakı. Trend:

"Qarabağ"ın Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışı çərçivəsində yoxlama görüşlərində qarşılaşacağı rəqiblər müəyyənləşib.

Klubdan Trend-ə verilən məlumata görə, yanvarın 10-dan 17-dək Belek bölgəsində hazırlıq keçəcək Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) və Polşanın "Zalebye" klubları ilə qarşılaşacaq.

Matçlar, müvafiq olaraq, yanvarın 12-də və 16-da keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti