Bakı.Trend:
2026-cı ilin dövlət büdcəsində elmin maliyyələşdirilməsi üçün 229,5 milyon manat vəsait proqnozlaşdırılıb ki, bu da 2025-ci illə müqayisədə 9,7 milyon manat və ya 4,1 faiz azdır.
Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Bildirilib ki, elm xərcləri üçün ayrılmış vəsaitin 207,1 milyon manatı fundamental elm xərclərinin, 22,4 milyon manatı ümumdövlət xidmətləri üzrə tətbiqi tədqiqatlar ilə bağlı xərclərin payına düşəcək.
