...

“Android”in Azərbaycan üzrə bazar payı kiçilib

Telekommunikasiya Materials 5 Yanvar 2026 12:25 (UTC +04:00)
“Android”in Azərbaycan üzrə bazar payı kiçilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin dekabr ayında “Android” əməliyyat sisteminin Azərbaycan üzrə bazar payı əvvəlki aya nisbətən 3,95 faiz bəndi azalaraq 29,03 faiz təşkil edib.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, “Microsoft Windows” məhsulları Azərbaycan əməliyyat sistemi bazarında ikinci yeri tutub və onların payı ötən ilin noyabr ayı ilə müqayisədə dekabrda 0,29 faiz bəndi azalaraq 38,55 faiz olub.

Siyahıda növbəti pillədə 8,64 faiz bazar payı ilə İOS gəlir. İOS-un Azərbaycandakı bazar payı ötən ilin noyabr ayı ilə müqayisədə 0,54 faiz bəndi azalaraq 8,64 faiz təşkil edib.

Digər əməliyyat sistemlərinin Azərbaycan üzrə bazar payı isə 23,78 faiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti