...

Bu il sosialyönlü xərclərin dövlət büdcəsi xərclərində payı 41,1% olacaq

İqtisadiyyat Materials 5 Yanvar 2026 14:51 (UTC +04:00)
Bu il sosialyönlü xərclərin dövlət büdcəsi xərclərində payı 41,1% olacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 17 milyard 151,4 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu, 2025-ci illə müqayisədə 219,3 milyon manat və ya 1,3 faiz çoxdur .

Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Bildirilib ki, sosialyönlü xərclərin dövlət büdcəsi xərclərində payı 41,1% olacaq.

Sosialyönlü xәrclәrә әmәyin ödәnişi, pensiya vә müavinәtlәr, dәrman, sarğı lәvazimatları vә materiallarının, әrzaq mәhsullarının alınması daxildir. Bu xərclərə, həmçinin icbari tibbi sığor ta üzrə xərclər, kommunal xərclər, 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyasının verilməsi ilə bağlı xərclər də daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti