...

"Araz-Naxçıvan"ın məşqçilər heyəti müəyyənləşib

İdman Materials 5 Yanvar 2026 11:59 (UTC +04:00)
"Araz-Naxçıvan"ın məşqçilər heyəti müəyyənləşib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonun köməkçiləri müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı çalışdırıcının fikizi hazırlıq üzrə köməkçisi Rikkardo De Vivo olacaq. UEFA-nın A lisenziyasına sahib olan 45 yaşlı fitnes-məşqçisinin son klubu Tbilisi “Dinamo”su olub. İtaliyalı mütəxəssis müxtəlif illərdə “Jenis” (Qazaxıstan), “Liepaya” (Latviya), “Lokomotiv” (Tbilisi, Gürcüstan), “Episkopi” (Yunanıstan) və s. klublarında da işləyib. Digər köməkçilər Cəmaləddin Əliyev (qapıçılar üzrə), Vadar Nuriyev və Əfran İsmayılov olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti