...

Mərakeş millisi Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinə yüksəlib

İdman Materials 5 Yanvar 2026 01:52 (UTC +04:00)
Mərakeş millisi Afrika Millətlər Kubokunun 1/8 final mərhələsinə yüksəlib

Bakı. Trend:

Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş və Tanzaniya komandaları arasında matç başa çatıb.

Trend-in məlumatına görə, Mərakeş millisi minimal hesabla – 1:0 qalib gəlib.

64-cü dəqiqədə Mərakeşin hücumçusu Brahim Dias fərqlənib.

2025-ci il Afrika Millətlər Kuboku Mərakeşdə keçirilir və yarış 18 yanvara qədər davam edəcək. 2023-cü il turnirinin finalında Nigeriyanı 2:1 hesabı ilə məğlub edən Kot-d’İvuar komandası isə turnirin son qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti