...

Azərbaycanda müştərək sığorta şirkəti ləğv edilir

İqtisadiyyat Materials 5 Yanvar 2026 10:56 (UTC +04:00)
Azərbaycanda müştərək sığorta şirkəti ləğv edilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv edilir.

Trend xəbər verir ki, bu barədə ASC özü məlumat yayıb.

Belə ki, fevralın 2-də “Azər-Asiya Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi daxil edilib.

“Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 800 000 manat olan ASC-nin qanuni təmsilçisi Hacıyev Aftandil Əsgər oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti