...

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan evə buraxılıb

Dünya xəbərləri Materials 4 Yanvar 2026 10:46 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner xəstəxanadan evə buraxılıb və korrupsiya işi üzrə cəzasını çəkdiyi mənzilə qaytarılıb.

Trend xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının iki həftə müalicə aldığı tibb müəssisəsi məlumat yayıb.

Xəstəxananın açıqlamasında bildirilir: "Kristina Fernandes de Kirşner lokal peritonit və əməliyyatdan sonrakı bağırsaq tıxanması ilə ağırlaşan kəskin appendisit səbəbindən xəstəxanada müalicəsini başa vurub və evə buraxılıb. O, evdə şəxsi tibbi heyət tərəfindən nəzarətdə saxlanılacaq".

Qeyd olunur ki, Fernandes de Kirşner 20 dekabr 2025-ci ildə qarın ağrısı şikayəti ilə xəstəxanaya yerləşdirilmiş və appendisit diaqnozu qoyulmuşdu. O, dərhal əməliyyat olunub, lakin bağırsaq disfunksiyası onun xəstəxanadan çıxmasını bir qədər gecikdirib.

Xəbər lenti

Xəbər lenti