...

Ötən il dekabrın 1-dək dövlət borcuna xidmət üçün 1,73 milyard manat xərclənib

Maliyyə Materials 5 Yanvar 2026 13:59 (UTC +04:00)
Ötən il dekabrın 1-dək dövlət borcuna xidmət üçün 1,73 milyard manat xərclənib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin 1 dekabr tarixinə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən 1 milyard 730,9 milyon manat vəsait istifadə edilib.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu vəsaitin 1 milyard 210,6 milyon manatı xarici borclar, 520,3 milyon manatı isə daxili borclar üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldilib.

2025-ci ilin 1 dekabr tarixinə “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun qalığı 192,9 milyon manat və 10 milyon ABŞ dolları təşkil edib.

Bir sıra iri maliyyə tutumlu layihələrin (su təchizatı, metro şəbəkəsinin genişləndirilməsi və digər sahələr) kredit vəsaitləri hesabına maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqların aparıldığı və növbəti il ərzində həmin layihələr üzrə kredit sazişlərinin imzalanaraq təsdiq edilməsinin gözlənildiyi nəzərə alınaraq, 2026-cı il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard manat müəyyən edilib. İl ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 3 milyard manat məbləğində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti