...

"Fənərbağça" niderlandlı futbolçunu heyətinə qatdı

İdman Materials 4 Yanvar 2026 02:49 (UTC +04:00)
"Fənərbağça" niderlandlı futbolçunu heyətinə qatdı

Bakı. Trend:

"Fənərbağça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib.

Trend klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbağça"ya 5 milyon avroya başa gəlib.

Qeyd edək ki, 25 yaşlı vinger bu mövsüm "Samsunspor"la çıxdığı 22 rəsmi matçda 6 qol və 4 asistlə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti